Heydər Əliyev prospektində qəzaya görə tıxac yarandı FOTO

Heydər Əliyev prospektində qəzaya görə tıxac yarandı FOTO

Bakıda qəza tıxaca səbəb olub. SİA-nın məlumatına görə, hadisə bir qədər əvvəl Heydər Əliyev prospekti keçmiş "Şəfa stadionu"nun yaxınlığında qeydə alınıb.

Qəza şəhər istiqaməti ilə hərəkətdə olan iki minik avtomobili arasında baş verib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, hadisə səbəbindən hazırda Bağırov körpüsündən şəhər mərkəzi istiqamətində sıxlıq müşahidə olunur. Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə