Pakistanda hərbi paradda partlayış törədilib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, terror aktı nəticəsində 20 nəfər ölüb. Parad Mərdan şəhərindəki hərbi bazada keçirilib. Məktəbli geyimində paradı izləməyə gələn kamikadze bədənindəki "şəhid qurşağı"nı işə salıb. Hadisə zamanı 26 nəfərin yaralandığı bildirilir.
Rus mətbuatında isə yayılan xəbərlərdə bildirilir ki, terror aktı nəticəsində 27 nəfər ölüb, 40 nəfər yaralanıb. Hələ ki, partlayışa görə məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB