Gəncədə cibgirlik edən qadın tutulub

Gəncədə cibgirlik edən qadın tutulub

Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvarında şəhər ərazisindəki xətt avtobusunda qadının çantasından 32 manat nağd pul və ümumi dəyəri 410 manat olan qızıl zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şübhəli bilinən əvvəllər məhkum olunmuş 59 yaşlı Samux rayon sakini Səlminaz Həsənova saxlanılıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə