Abşeron rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən SİA-ya verilən məlumata görə, iyulun 1-də qeydə alınan qəza nəticəsində Qobustan rayon sakini F.Ağazadə idarə etdiyi “Ford Transit” markalı avtomobillə yolu keçən Laçın rayon sakini Maarif Musayevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB