Şəmkir rayonunda qardaş qardaşı bıçaqlayıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayon mərkəzində qeydə alınıb.
Hafiz Əliyev bıçaq yarası ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına gətirilib və reanimasiya şöbəsinə yerləşdirilib. İlk olaraq yaxınları yaralının yıxılaraq xəsarət aldığını bildirsə də, sonradan müəyyən olunub ki, Hafiz Əliyevi qardası, 1981 ci il təvəllüdlü İntiqam Əliyev bıçaqlayıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində polis sonuncunu saxlayıb. İlkin məlumatlara görə, hadisə iki qardaş arasında baş verən mübahisə zəminində yaşanıb.
Hazırda Şəmkir rayon Polisi İdarəsində araşdırmalara başlanılıb. Hadisənin təfərrüatları öyrənilir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB