Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
SİA xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 110-cu kilometrliyində, Şamaxı şəhəri ərazisində qeydə alınıb.
10 NF 093 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobilin qarşı tərəfdən gələn 10 MS 666 dövlət nömrə nişanlı "Hyundai" markalı minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə ağır bədən xəsarətləri alıb. Həlak olan şəxs "VAZ 2107" markalı avtomobilin sürücüsü, Şamaxı sakini, 1951-ci il təvəllüdlü Əhmədov Azadxan Əliyar oğludur. O, ağır xəsarətlər aldığındanŞamaxı Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. Digər yaralılar da Təcili Tibbi Yardım stansiyasının avtomobilləri ilə həmin xəstəxanaya çatdırılıblar.
Xəsarət alan şəxslərdən bəzilərinin adları dəqiqləşdirilib. Hadisə zamanı Şamaxı şəhər sakini, 1996-cı il təvəllüdlü Mirzəyev Emin Kabus oğlu, ərəb turisti, 1984-cü il təvəllüdlü Ali Yusif Hassan Abdullah Hayi və daha bir ərəb və Azərbaycan vətəndaşı ağır xəsarətlər alıb. Hazırda sonuncuların şəxsiyyəti müəyyənləşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB