Kürdəmirdə yol qəzası baş verib FOTO

Kürdəmirdə yol qəzası baş verib FOTO
Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində baş verib. Belə ki, 23 yaşlı İslamov Elsəvər Cümşüd oğlu nasaz vəziyyətdə olan "Mercedes" markalı avtomobilini yol kənarında saxlayıb. Bu vaxt Hüseynov Allahverdi Cəfər oğlunun idarə etdiyi "Toyota" markalı avtomobil arxadan "Mercedes"ə çırpılıb. Nəticədə avtomobil "Mercedes"in sərnişini xəsarət alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə