Dəniz quldurları ABŞ-a neft daşıyan tankeri ələ keçiriblər

Dəniz quldurları ABŞ-a neft daşıyan tankeri ələ keçiriblər

Dəniz quldurları Oman sahillərində neft daşıyan "İren" supertankerini ələ keçiriblər.

SİA-nın xəbərinə görə, gəminin sahibi olan Yunanıstan şirkətinin nümayəndəsi bildirib ki, təxminən 2 milyon barrel xam neft aparan tanker Küveyt sahillərindən çıxıb ABŞ-a yola düşüb. Gəminin heyəti 17 Fillippin, 7 Yunanıstan və 1 Gürcüstan vətəndaşından ibarətdir. Hazırda tankerlə heç bir əlaqə yoxdur.

Hind okeanının bu rayonu Somali dəniz quldurlarının məskənidir. Onlar pul qoparmaq məqsədi ilə tez-tez ticarət gəmilərinə hücum edirlər.

Hazırda 35 gəmiyə nəzarət edən quldurlar 650 adam girov götürüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə