30 cinayətin üstü “isti izlər”lə açılıb

30 cinayətin üstü “isti izlər”lə açılıb

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 30 cinayətin üstü "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, ötən gün əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə