Sabirabadda ağır yol qəzası baş verib

Sabirabadda ağır yol qəzası baş verib

Sabirabad rayonunun Qaratəpə kəndində "Daewoo" və "ВАЗ" markalı iki minik avtomobili toqquşub. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Daewoo" markalı avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə