Biləsuvardakı yol qəzasında 2 nəfər ölüb

Biləsuvardakı yol qəzasında 2 nəfər ölüb

Biləsuvar ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayon mərkəzi xəstəxanasının yaxınlığında qeydə alınıb.

“Lada Priora” və “VAZ-21015” markalı avtomobillərin toqquşması nəticəsində rayonun İsmətli kənd sakinləri Şükufə Tağıyeva və Güllübəyim Hüseynova hadisə yerində həlak olublar. Qəza nəticəsində xəsarət alanlar rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə