Lənkəran sakini həmkəndlisini bıçaqlayıb

Lənkəran sakini həmkəndlisini bıçaqlayıb

Lənkəranda bıçaqlanma hadisəsi baş verib. Şəhər Polis Şöbəsindən SİA-nın cənub bürosuna verilən məlumata görə, hadisə zamanı rayonun Yuxarı Nüvədi kənd sakini, 1984-cü il təvəllüdlü Nicat Əlirza oğlu Kazımov şəxsi mübahisə zəminində həmkəndlisi 1979-cu il təvəllüdlü Zabir Əhməd oğlu Hüseynova bıçaqla xəsarət yetirib. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Hadisə yerindən qaçan N.Kazımovun saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə edək ki, hər iki şəxs məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə