Ağaca çırpılan avtomobilin sürücüsü ağır xəsarət alıb

Ağaca çırpılan avtomobilin sürücüsü ağır xəsarət alıb

Lənkəran şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Şəhər Polis Şöbəsindən SİA-nın cənub bürosuna verilən məlumata görə, hadisə dünən axşam, saat 21:00 radələrində Lənkəran-Boradigah yolunun Girdəni kəndindən keçən hissəsində qeydə alınıb.

Rayonun Vilvan kənd sakini, 1958-ci il təvəllüdlü Səxail Müzəffər oğlu Ramazanov idarə etdiyi "VAZ-21011" markalı 52-BT-076 dövlət nömrə nişanlı avtomobillə Boradigah istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun sağ kənarındakı ağaca çırpılıb. Nəticədə maşın yararsız vəziyyətə düşüb, ağır bədən xəsarətləri alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə