Braziliyanın Rio de Janeiro şəhərindəki Samba-Siti kompleksində yanğın baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, kompleksin 14 binasından 4-ü içərisindəki karnaval rekvizitləri ilə birlikdə tamamilə yanıb. Bir neçə saat davam edən yanğın əraziyə cəlb edilmiş yanğınsöndürənlərin səyi nəticəsində söndürülüb. İlkin məlumata görə, 1 nəfər xəsarət alıb. Yanğının başvermə səbəbi araşdırılır.
Karnaval dekorasiyalarının və səhnə kostyumlarının böyük hissəsinin məhv olmasına baxmayaraq, cari ilin mart ayının 6-sı və 7-si tarixlərində keçirilməsi planlaşdırılan karnaval təxirə salınmayacaq. Bu barədə Samba Məktəbləri Birliyinin rəhbəri bildirib. Qeyd edək ki, hər il Braziliyada keçirilən karnavala minlərlə xarici turist gəlir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB