Xırdalanda avtomobilin vurduğu piyada ölüb

Xırdalanda avtomobilin vurduğu piyada ölüb

İyunun 22-də saat 1 radələrində Xırdalan şəhəri ərazisində Balakən rayon sakini Fariz Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, nəticədə həmin şəxs hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə