Bakıda toya hazırlaşan sürücü qəza törətdi

Bakıda toya hazırlaşan sürücü qəza törətdi

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb. Həmin prospektdə yolu keçmək istəyən Kürdəmir rayon sakini, 1991-ci il təvəllüdlü Mənsimov Şahin Faiq oğlunu "Mercedes" markalı avtomobil vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Hadisənin törədən sürücü saxlanılıb. Məlumata görə, iyunun 23-də hadisəni törədən sürücünün toy mərasimi olacaqmış.

Bütün xəbərlər Facebook səhifəmizdə