Kişi arvadını boğaraq qətlə yetirdi

Kişi arvadını boğaraq qətlə yetirdi

Balakəndə 66 yaşlı kişi arvadını boğaraq qətlə yetirib. SİA-ya xəbər verir ki, bu gün saat 05.00 radələrində rayonun Mahmalar kəndində 1953-cü il təvəllüdlü Nəcəfəli Mahmad oğlu Xəlilov həyat yoldaşı, 1960-cı il təvəllüdlü Şahnaz Sədi qızı Xəlilovanı münaqişə zəminində öldürüb.

N. Xəlilov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə