Bilgəh qəsəbəsində bir nəfər Xəzər dənizində çimərkən boğulub. SİA-ya bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh sularda xilasetmə məntəqəsinin qeyri-çimərlik (nəzarətsiz) ərazisində 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu batan şəxsin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB