Rusiyada Azərbaycan vətəndaşı göldə boğulub.
SİA “gazeta.ru”ya istinadən xəbər verir ki, bədbəxt hadisə iyunun 19-da Moskva vilayətinin Sergiyev-Posad şəhərində yerləşən Lesnoe gölündə baş verib.
Bildirilir ki, gölün çimmək üçün olan hissəsində suda boğulmuş kişi meyiti aşkarlanıb. Meyitin çıxarılmasına 10 nəfər xilasedici və üç ədəd xüsusi texnika cəlb olunub. Məlum olub ki, cəsədi tapılan şəxs Azərbaycan vətəndaşıdır. Onun cəsədi göldən çıxarılaraq polisə təhvil verilib və morqa göndərilib. Onun şəxsiyyəti araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB