Ağcabədidə yol qəzası olub, sürücü xəstəxanada ölüb

Ağcabədidə yol qəzası olub, sürücü xəstəxanada ölüb

Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 20-də saat 11 radələrində Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində Göygöl rayon sakini Yaşar Hacıyev idarə etdiyi “VAZ-21099” markalı avtomobili ağaca vurub.

Nəticədə sürücü və sərnişini, arvadı S.Hacıyeva xəstəxanaya yerləşdirilib, Y.Hacıyev orada ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə