Masallıda mal-qara oğurluğu ilə məşğul olan dəstə yaxalanıb

Masallıda mal-qara oğurluğu ilə məşğul olan dəstə yaxalanıb

Masallı rayonunda mal-qara oğurluğu ilə məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib. Bu barədə SİA-nın cənub bürosuna Masallı Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini Əlifağa Kazımov məlumat verib.

Onun sözlərinə görə, rayonun Xıl kənd sakini, 1982-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Şamxal Aydın oğlu Fərzəliyev və onun qohumu, rayonun Ərkivan qəsəbə sakini, 1967-ci il təvəllüdlü Əlixan Abuzər oğlu Kərimov ayrı-ayrı vaxtlarda gecə saatlarında rayon sakinlərinin tövlələrindən qoyun-quzu və mal-qarasını oğurlayıb satmaqla məşğul olublar.

Sonuncu dəfə onlar Musakuçə kənd sakini Məzahir Barat oğlu Məmmədovun həyətindəki tövlədən 3 min 200 manat dəyərində 28 baş qoyunu oğurlayarkən polis əməkdaşları tərəfindən yaxalanıblar. Onların hər ikisi barəsində həbs qəti-imkan tədbiri seçilib.

Faktla bağlı Masallı RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə