Suraxanı rayonunda binadan yıxılan kişi həyatını itirib

Bakıda 52 yaşlı kişi çoxmərtəbəli yaşayış binasından yıxılaraq ölüb.

SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə şəhərin Suraxanı rayonunda qeydə alınıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri binanın qarşısında olan dəmir konstruksiyalardan ibarət hasarda asılı vəziyyətdə qalan şəxsin meyitini dəmir barmaqlıqların üzərindən götürərək aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə