Gəncə şəhərində mənzildən qızıl və pul oğurlayan şəhər sakini həbs olunub. Gəncə şəhər Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Kəpəz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkumluq həyatı yaşayan Rauf Vəliyev tutulub.
O, fevralın 5-də Firuzə Məmmədovanın mənzilindən 300 dollar pul və 2500 manat dəyərində qızıl əşyalarını oğurlamaqda təqsirli bilinib. Aparılan ilkin dindirilmə zamanı saxlanılan şəxs hüquq-mühafizə orqanı əməkdaşlarına cinayəti törətdiyini etiraf edib.
Hazırda faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş açılıb. Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB