Avstraliyanın cənub-qərbində meşə yanğını baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Pert şəhəri yaxınlığında Kelmskot, Roleyston və Red Hill adlanan ərazilərdə qeydə alınmış meşə yanğınlarının ümumi sahəsi təxminən 1600 hektar ərazini əhatə edir. Azı 13 nəfərin xəsarət aldığı bildirilir. Ümumilikdə 59 yaşayış evi tamamilə 19-u isə qismən yanıb. Həmçinin, yanğın elektrik və rabitə xətlərinə, avtomobil yollarına və digər obyektlərə də ziyan vurub.
Təhlükəsizlik tədbirləri çərçivəsində 100-dən artıq insanın təxliyyəsi həyata keçirilib. Mövcud vəziyyətlə əlaqədar qeyd olunan ərazilərdə fövqəladə vəziyyət elan edilib. Hazırda hadisə bölgəsində alovla mübarizə davam edir. İlkin ehtimala görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB