Zaqatala sakini həyat yoldaşını qətlə yetirib

Zaqatala sakini həyat yoldaşını qətlə yetirib

Zaqatalada kişi öz həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib.

SİA xəbər verir ki, hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayonun Suvagil kənd sakini, 1982-ci il təvəllüdlü Büllurə Seyran qızı Qədirova əri Aqşin Qədir oğlu Qədirov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Ər arvadını bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.

Hazırda rayonun hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə