Göygöl rayonunda sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində 8 nəfər xəsarət alıb. "Report"un yerli bürosunun məlumatına görə, onlardan ikisi - "Mercedes" markalı mikroavtobusun sürücüsü, Goranboy rayon sakini, 1992-ci il təvəllüdlü Elşad Şükürov və sərnişin, 2014-cü il təvəllüdlü Nоvruz Məmmədov xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri kafidir, digər 6 nəfər isə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
İlkin məlumata görə, mikroavtobusda olanlar Göygöl rayonuna istirahətə gəliblərmiş.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB