Özəl xəstəxanada partlayış olub Türkiyədə

Özəl xəstəxanada partlayış olub Türkiyədə

Türkiyənin Antalya şəhərinin Muratpaşa bölgəsində yerləşən özəl xəstəxanalardan birində partlayış olub.
SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Partlayış xəstəxananın texniki otağında, kondisioner sisteminin yerləşdiyi yerdə baş verib. Hadisə yerinə xilasetmə briqadaları cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə