Fövqəladə Halar Nazirliyi (FHN) bu gün Masallı rayonunda Rayon Telekommunikasiya Qovşağının binasında baş verən hadisə ilə bağlı rəsmi məlumat yayıb. SİA-in məlumatına görə, FHN-in rəsmi saytında yerləşdirilən xəbərdə bildirilir ki, 7 fevral 2011-ci il tarixində "112" zəng mərkəzinə Masallı şəhərində ATS-in yerləşdiyi dördmərtəbəli binanın bir hissəsinin çökməsi barədə məlumat daxil olub.
Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələrinin mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. İlkin məlumata əsasən, dağıntılar altından 1 nəfərin cəsədi çıxarılıb, 4 nəfər xəsarət alıb. Hazırda dağıntılar altıda qalmış daha 1 nəfərin xilas olunması işləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə