Göygöldə qaz balonunun partlaması iki azyaşlının ölümü ilə nəticələnib

Göygöldə qaz balonunun partlaması iki azyaşlının ölümü ilə nəticələnib

Göygöl rayonunda ailə faciəsi baş verib. Rayon Pokurorluğundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Balçılı kəndində qaz balonunun partlaması Rzayevlər ailəsinin iki azyaşlı övladının həyatana son qoyub.

Belə ki, hadisə saat 10.30 radələrində qeydə alınıb. Partlayış zamanı 1999-cu il təvəllüdlü Rzayev Ceyhun Əli oğlu və onun qardaşı 12 yaşlı Heydər ağır vəziyyətdə Göygöl rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onların həyatını xilas etmək mümkün olmayıb.

Valideyinlər hüquq-mühafizə orqanı əməkdaşlarına ilkin ifadələrində bildiriblər ki, qaz balonu istifadəsiz vəziyyətdə çardaqda olub. Uşaqlar onu xəbərsiz götürüblər. Evdə böyüklərin olmaması isə faciəyə yol açıb.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə