Xəzər dənizinin Səbail rayonu ərazisində sahilə yaxın hissəsində “Xəzər-3” qurğusunda söküntü işləri aparılan zaman yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yanğın nəticəsində 50 kvadratmetr sahədə yağ və mazut qalıqları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB