Benzindaşıyan avtomobil partladı İmişlidə

Benzindaşıyan avtomobil partladı  İmişlidə

İmişlidə benzindaşıyan avtomobil alovlanaraq partlayıb. SİA-nın Aran bürosundan verilən məlumata görə, hadisə rayonun Qaravəlli kəndində olub.

Yerli sakin Abdul Zeynalov idarə etdiyi “MAN” markalı benzindaşıyan maşını həyətindən kənarda saxlayaraq evə gedib. Bir qədər sonra maşında yanğın olub, sonra isə partlayış baş verib.

Hadisə Yerinə İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib, alovun qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə