Kriminal avtoriteti güllələyənlər saxlanıldı

Kriminal avtoriteti güllələyənlər saxlanıldı

Bakının Binəqədi rayonunda atışma olub, kriminal avtoritet güllələnib. Bu barədə SİA-ya Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

Hadisə “Favorit” supermarketinin yanında qeydə alınıb. Belə ki, avtomobilində olan kriminal avtoritetə naməlum şəxslər tərəfindən atəş açılıb. O, hadisə yerindəcə keçinib.

Aparılan təcili təxirəsalınmaz əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Həmçinin öldürülən kriminal avtoritetin də kimliyi müəyyən edilib. O Mübariz Budaqlıdır. Mübariz Budaqlı başına açılmış bir atəş nəticəsində həyatını itirib.

Qətli törətməkdə şübhəli bilinən şəxslərin adı artıq məlumdur. Onlar Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğludur. Onlar 10-GD-021 qeydiyyat nişanlı “BMW X5” markalı avtomobillə hadisə yerindən qaçan zaman ərazidə xidmət aparan Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə