İntihar etmək istəyən şəxs xilas edilib

İntihar etmək istəyən şəxs xilas edilib

Bakıda intihara cəhdin qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata götrə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər qaldırıcı kranın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə