Qəzet köşkündən oğurluq edən şəxs yaxalanıb

Qəzet köşkündən oğurluq edən şəxs yaxalanıb

Fevralın 2-də naməlum şəxs "Qasid" firmasına məxsus Azadlıq prospektində yerləşən 97 saylı qəzet köşkündən açıq pəncərədən daxil olma yolu ilə 200 manat dəyərində telefon danışıq kartları oğurlayıb.

İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Nəsimi RPİ 21-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Elçin Yusifov fevralın 4-də yaxalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə