Sumqayıtda ikimərtəbəli tikili yanıb

Sumqayıtda ikimərtəbəli tikili yanıb

Sumqayıt şəhərində ümumi sahəsi 2000 kv.m olan ikimərtəbəli tikilidə yanğın olub. SİA-ya Fövqəladə Hallar Nazirliydən verilən xəbərə görə, hazırda fəaliyyət göstərməyən tikilinin yanar konstruksiyaları 800 kv.m sahədə və dam örtüyü 400 kv.m sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə