17 yaşlı yeniyetmə hündürlükdən yıxılaraq ölüb

17 yaşlı yeniyetmə hündürlükdən yıxılaraq ölüb

Gəncədə yeniyetmə hündürlükdən yıxılaraq ölüb.

SİA xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayon, bina 2 ünvanında baş verib. Orada yaşayan 2002-ci il təvəllüdlü Nəbiyev Vaqif Vasif oğlu, binanın 9-cu mərtəbəsindən yıxılıb. 17 yaşlı yeniyetmə hadisə yerində dünyasını dəyişib.

Hadisənin hansı şəraitdə və səbəbdən baş verdiyi müəyyən olunmayıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə