Bakı sakininin avtomobilindən 11 kq civə götürülüb

Bakı sakininin avtomobilindən 11 kq civə götürülüb
Bakı şəhər sakininin avtomobilindən 11 kiloqram civə götürülüb. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Qaradağ RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ə.Qədimovun idarə etdiyi "Hyundai" markalı avtomobilə baxış zamanı oradan çəkisi 11 kiloqram olan civə aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə