İraqda təyyarə qəzası 7 nəfərin həyatına son qoyub

İraqda təyyarə qəzası 7 nəfərin həyatına son qoyub
Şimali İraqda təyyarə qəzası baş verib. SİA-nın məlumatına görə, qəza nəticəsində 7 nəfər ölüb. İş adamlarının olduğu H25E markalı təyyarə Ankaradan Süleymaniyyə istiqamətinə səfər edib. Adları açıqlanmayan biznesmenlər danışıqları başa çatdırdıqdan sonra həmin təyyarə ilə Ankaraya qayıdarkən qəzaya uğrayıb.

Ölən iş adamlarının və təyyarənin şəxsi heyətinin Livan, İordaniya, ABŞ, Böyük Britaniya və İraq vətəndaşları olduğu bildirilir. Qəzada həlak olanların milliyyəti açıqlanmır.

Bütün xəbərlər Facebook səhifəmizdə