Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsinin əməkdaşları iyunun 1-də rayon ərazisindəki mağazaların birindən pul və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Z.Əliyevi və S.Əliyevi saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, onların aprelin 6-dan mayın 30-dək olan müddətdə altı evdən geyim və məişət əşyaları, habelə “VAZ-2107” markalı avtomobildən akkumulyator oğurlamaları da müəyyən edilib.
Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 7 mağazadan, bir evdən və aptekdən, habelə “Chevrolet” markalı avtomobildən pul, ərzaq məhsulları və tütün məmulatı oğurlaması, eləcədə “VAZ-2107” markalı avtomobili qaçırması məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB