Ötən gün Sumqayıtda avtobusda yanğın baş verib. SİA-nın əldə etdiyi xəbərə görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
7 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusun arxa hissəsi qəfil alışıb. Dərhal avtobusdakı sərnişinlər düşürdülüb və əraziyə yanğınsöndürənlər cəlb olunub.
Qısa zamanda yanğın söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.
Yanğından görüntüləri təqdim edirik:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB