Pakistan əyalət xəstəxanasında havasızlıqdan 8 uşaq həyatını itirib

Pakistan əyalət xəstəxanasında havasızlıqdan 8 uşaq həyatını itirib

Pakistanın Pəncab əyalətinin Sahival bölgə xəstəxanasında hava sisteminin pozulması 8 uşağın istidən həyatını itirməsi ilə nəticələnib.

SİA-nın məlumatına görə, Sahival prokuror köməkçisi Mian Zaman xəstəxanada havanın pozulması səbəbindən 8 uşağın yüksək hava istiliyindən həyatını itirdiyini təsdiqləyib.

Pəncab Səhiyyə Nazirliyi hadisəni araşdırmaq üçün xəstəxana kollektivinin dindiriləcəyini bildirib.

Pəncab Baş Naziri Osman Buzdar da hadisənin baş vermə səbəblərini araşdırmaq üçün əmr imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə