Gəncədə kafedə dava

Gəncədə kafelərdən birində dava baş verib. SIA-nın bölgə mübirinin verdiyi məlumata görə, hadisə zamanı 1987-ci il təvəllüdlü İsmayılov Rəşad Nürəddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Yaralıya lazımı tibbi yardım göstərilib və əlinə tikiş qoyulub. İlkin məlumatlara görə, 32 yaşlı Rəşad İsmayılov davanın qeydə alındığı kafenin sahibidir və müştərilərlə yaranan insident zamanı xəsarət alıb. O içkili vəiyyətdə kafenin şüşələrini sındırıb.

Hazırda Rəşad İsmayılovun səhhəti kafidir. Artıq faktla bağlı hüquq mühafizə orqanı əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə