Göygöl rayonunda avtomobillə azyaşlı vurulub. SIA-nın bölgə muxbirinə verilən məlumata əsasən hadisə rayonun özündə qeydə alınıb.
2013-cü il təvəllüdlü Nəsibov Həsən Qüdrən oğlu yolu keçmək istəyərkən “Mercedes” markalı avtimobil onu vurub. Uşaq ağır vəziyyətdə Gəncədəki xəstəxanaya gətirilib. Reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə şahidlərinin sözlərinə görə, uşaq tanınmaz hala düşüb. Xəstəxanadan bildirilib ki, zərbənin təsirindən azyaşlının baş və bel nahiyyəsinin əksər sükümləri sınıb.
Hadisə yerinə Göygöl rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub, sürücünün kimliyi müəyyənləşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB