Mayın 28 də Gəncə şəhərində Elçin Əliyevin bıçaqlanması ilə bağlı qeydə alınan cinayət faktının bəzi detalları bilinib. SİA-nın bölgə müxbirinin əldə etdiyi məlumata görə cinayyət faktında qaranlıq qalan bir sıra məqamlar üzə çıxıb. Belə ki, bıçaqlanan 33 yaşlı Elçin Əliyev kriminal aləmdə “Bağman Elçin” kimi tanınır.
Həmin şəxs dəfələrlə cinayət məcəlləsinin müxtəlif maddələri ilə məhkumluq həyatı yaşayıb, kriminal aləmə bağlılığı ilə seçilib. Hadisəyə gəlincə - “Bağman Elçin” və onu bıçaqlayan 29 yaşlı Röyal İbarhimov bir küçədə - Ə. Seyfi küçəsində yaşayırlar. Cinayət hadisəsi də Elçin Əliyevin yaşadığı evin qarşısında baş verib. Röyal İbrahimov Əliyevin evinə gəlib və “küçəlisini” bayıra çağırıb. Gərgin keçən söz-söhbətdən sonra Röyal Bayramov üzərində gətirdiyi mətbəxt bıçağı ilə “Bağman Elçinin” ürək nahiyyəsinə zərbə endirərək hadisə yerindən uzaqlaşıb. Yaralı vəziyyətdə olan Elçin Əliyevi bir müddətdən sonra qonşuları və yaxın ətrafı xəstəxanaya çatdırıblar. Hələ ki, hadisənin hansı səbəbdən baş verdiyi tam açıqlanmır.
Lakin hər iki şəxs arasında uzun zamandır ədavət olduğu deyilir. Tərəflər arasında sözügedən cinayət faktına kimi dəfələrlə əlbəyaxa dava olub. Hətta “küçəlilər” arasındakı ab - havanı yumşaltmaq üçün onları tanıyanların cəhdləri də səmərə verməyib. Hadisədən dərhal sonra, keçirilən “isti izlərlə” Röya İbrahimov tutularaq istintaqa cəlb olunub. Elçin Əliyev isə Gəncədəki özəl xəstəxanaya yerləşdirilib. Əməliyyat edilən şəxsin vəziyyətinin ağır olduğu deyilir.
Artıq faktla bağlı Nizami rayon Polis İdarəsində cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB