Bakıda qadına qarşı soyğunçuluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyi Mətbut xidmətindən SİA-ya verilən məlumata görə, “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini E.Qurbanova mayın 28-də Təbriz küçəsində naməlum şəxsin ona zor tətbiq edib qızıl boyunbağısını aldığını bildirib.
Müraciətlə əlaqədar dərhal Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Şabran rayon sakini Y.Mürsəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB