Neftçala rayonunda avtobusla minik avtomobili toqquşub, iki nəfər ölüb

Neftçala rayonunda avtobusla minik avtomobili toqquşub, iki nəfər ölüb

Neftçala rayonunda ağır yol hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Salyan-Neftçala avtomobil yolunun 36-cı kilometrliyində "PAZ" markalı avtobus və "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, avtobusun sürücüsü və hadisə zamanı minik avtomobilində olan 4 nəfərdən ikisi yaralanıb, digər iki nəfər 1971-ci il təvəllüdlü Şahmar Tapdıq oğlu Piriyev və 1982-ci il təvəllüdlü Dinar Adil oğlu Eyvazov isə həlak olub. Yaralılar xəstəxanaya aparılıb.

 

Hadisə yerinə cəlb olunan xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılan vəziyyətdə qalan Ş.Piriyevin cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil verərək həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə