Yasamal rayonunda hündürmərtəbəli binada yanğın olub

Yasamal rayonunda hündürmərtəbəli binada yanğın olub

Bakının Yasamal rayonunda yanğın baş verib. Hadisə Qurban Xəlilov küçəsi 18 ünvanında yerləşən 18 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində qeydə alınıb.

Bildirilir ki, yanğın Rauf Hüseynova məxsus 4 otaqlı mənzilin mətbəxində yaranıb. Həmin vaxt evdə heç kim olmayıb. Ev sahibləri kondisioneri və paltaryuyanı işlək vəziyyətdə qoyaraq getdiyindən cihazlarda qısaqapanma baş verib.

Hadisə yerinə FHN-in yanğınsöndürən texnikaları və təcili tibbi yardım briqadası cəlb olunub. 12-ci mərtəbədə qeydə alınmış yanğın qaldırıcı qurğuların köməkliyi ilə söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə