Şəhərin simvolu olan 115 illik otel yanaraq kül olub

Şəhərin simvolu olan 115 illik otel yanaraq kül olub

Amerika Birləşmiş Ştatlarında bir şəhərin simvolu olan 115 illik oteldə yanğın olub.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, yanğında zərərçəkən olmasa da otel tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Yanğın ABŞ-ın Texas ştatındakı Dallas şəhərində yerləşən “Ambassador Hotel”də qeydə alınıb. Yerli yanğınsöndürmə mərkəzindən verilən məlumatda şəhərin simvolu olaraq qəbul edilən 115 illik otelin tamamilə yandığı və istifadəsiz hala düşdüyü bildirilib.

Yanğının qarşısı alınaraq ətrafdakı yaşayış binalarına keçməsinə imkan verilməyib.

Yanğının baş vermə səbəbləri araşdırılsa da hələlik konkret heç bir versiya üzərində dayanılmayıb .

Bütün xəbərlər Facebook səhifəmizdə