İran prezidentinin keçmiş köməkçisi, Tehran Bələdiyyəsinin keçmiş rəhbəri Məhəmməd Əli Nəcəfi həyat yoldaşını qətlə yetirib.
SİA-nın Türkiyənin “sozcu.com.tr” saytına istinadən verdiyi xəbərə görə, yerli prokuror Məhəmməd Şəhriyari keçmiş məmurun həyat yoldaşını öldürdüyünü etiraf etdiyini bildirib. Prokuror Nəcəfinin polisə təslim olduğunu bildirərək əlavə edib: “Nəcəfi ailə daxili problemlərdən qaynaqlanan mübahisə səbəbindən həyat yoldaşını öldürdüyünü etiraf edib”.
Hadisə paytaxt Tehranını şimalındakı Səadət Abad adlanan ərazidəki evdə baş verib. Ruhaninin yaxın adamlarından hesab edilən Məhəmməd Əli Nəcəfinin qətlə yetirdiyi ikinci həyat yoldaşı Mitra Nəcəfi sinəsindən aldığı güllə yarasından dünyasını dəyişib.
İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin dövründə Təhsil Nazirliyində çalışan Məhəmməd Əli Nəcəfi bir müddət prezident Ruhaninin köməkçisi kimi fəaliyyət göstərdikdən sonra 2017-ci ildə Tehran Bələdiyyə başçısı seçilmişdi. Nəcəfi keçən il uşaqların rəqs etdiyi bir tədbirə qatılması səbəbindən ciddi tənqidlərə məruz qalmış və istefa verməyə məcbur olmuşdu. İslatçılara yaxınlığı ilə seçilən Nəcəfi prezident Ruhaninin yaxın ətrafında yer alan şəxslərdəndir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB