Ukraynanın Dnepropetrovsk vilayətində içərisində 16 məktəblinin olduğu mikroavtobus yük maşını ilə toqquşub.
SİA-nın Ukrayna kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə olkənin Milli Polisinin Dnepropetrovsk vilayət idarəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, məktəblilərin hamısı qəzada bu və ya digər dərəcədə zədələniblər. Onların hamısı hospitala yerləşdirilib. İki məktəblinin vəziyyəti ağır qiymətləndirilir.
Hadisə məktəblilərin Zaporojye şəhərindən ekskursiyadan gəldikləri zaman baş verib. Uşaqlar hamısı Poltava şəhər məktəbliləridir. Polisin müəyyən etdiyinə görə, uşaqları daşıyan “Mersedes Sprinter” markalı avtomobilin sürücüsü idarəetməni itirərək “DAF” markalı yük maşınına çırpılıb.
Hadisə ilə əlaqədar cinayət işi açılıb, müstəntiqlər hər iki sürücünün dindirilməsi ilə məşğuldurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB